
Dyarbəkir vilayətinin Licə qəsəbəsində PKK-a Terror Təşkilatı qarşı aparılan əməliyyatlar nəticəsində 3 terrorçu məhv edilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, məlumatda zərərsizləşdirilən terrorçular arasında yaşıl siyahıda yer alan PKK-nın iki quldurbaşının olduğu bildirilib.
Əməliyyat zamanı müxtəlif adda silah-sursat da ələ keçirilib.
Qeyd edək ki, hazırda Dyarbəkir vilayətinin Licə qəsəbəsində terrorçulara qarşı mübarizə tədbirləri davam etdirilir.
Anar
Gununsesi.info












