Türkiyədən Ərəb Liqasına etiraz

  • By admin
  • 10 Sentyabr 2021 19:36

Türkiyə Xarici İşlər Nazirliyi Ərəb Liqasının qərarını tənqid edib.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə XİN-in saytında məlumat yayılıb.

 

Bildirilib ki, Türkiyə qərarlı və prinsipial mövqeyi ilə ərəb ölkələrinin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini qoruması üçün ən çox əmək sərf edən ölkələrdəndir: “Türkiyənin milli təhlükəsizliyinə və maraqlarına qarşı təhdidlərlə beynəlxalq hüquq çərçivəsində mübarizəsininin Ərəb Liqası tərəfindən tənqid edilməsi qəbuledilməzdir və heç bir məna daşımır”.

 

Xatırladaq ki, Ərəb Liqası ölkələri Türkiyəyə qarşı bir sıra qərarlar qəbul edib.

Gununsesi.info