Türkiyədən Almaniyaya sərt cavab

  • By admin
  • 20 İyul 2017 11:04

almaniya turkiye

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ilə Almaniya arasında gərginlik daha da artıb.

İki ölkə arasında vəziyyətin daha da pisləşməsinə səbəb alman vətəndaşı 45 yaşlı Piter Steudtnerin Büyükadada “silahlı terror qruplaşmasına yardım etmə” maddəsi ilə nəzarətə götürülməsidir.

Bir neçə gün əvvəl Almaniya Türkiyənin Berlindəki səfiri Ali Kemal Aydını Xarici İşlər Nazirliyinə çağıraraq nota vermişdi. Bu gün isə Türkiyənin Xarici İşlər Nazirliyindən Almaniyaya cavab gəlib.

Həmin açıqlamada Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibinin həddini aşan ifadələrdən istifadə etdiyi və onların verəcəyi qərarın qəbuledilməz olduğu bildirilib.

Gununsesi.info