Türkiyədən Qarabağ açıqlaması: Fərqli proses gedir

  • By admin
  • 27 Dekabr 2021 10:10

Cənubi Qafqazda çox fərqli proses gedir.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.

O bildirib ki, ABŞ-dakı erməni lobbisi antitürkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib:

“Ancaq indi erməni diasporunun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın öz torpaqlarını qaytarması ilə orada tarixin yeni səhifəsi açılıb”.

İ.Kalın qeyd edib ki, Türkiyə və Ermənistan qarşılıqlı münasibətlərin normallaşması istiqamətində addımlar atır:

“Normallaşma prosesindən ən çox Ermənistan qazanacaq. Dənizlərə çıxışı olmayan, iqtisadi cəhətdən zəif olan Ermənistanın Türkiyə ilə münasibəti.

Gununsesi.info