Türkiyəli futbolçunun avtomobili atəşə tutuldu

  • By admin
  • 08 Yanvar 2018 21:34


Almaniyada Türkiyə əsilli futbolçu Dəniz Nakinin avtomobili atəşə tutulub.

Trend-in məlumatına görə, hadisə nəticəsində futbolçu özü xəsarət almayıb.

D.Naki qeyd edib ki, avtomobil hərəkətdə olarkən atəş açılıb.

Almaniya Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Deniz Naki bir neçə il əvvəl PKK təbliğatı ittihamı ilə Türkiyədə şərti həbs cəzasına məhkum olunmuşdu.

 

Gununsesi.info