Türkiyəli siyasilər Bərzaninin “100 il öncə…” xatırlatmasını cəfəngiyyat adlandırdılar

  • Müəllif: admin
  • 03 İyul 2017 23:45

Barzani-1

“İraq Kürdüstanı” yönətiminin rəhbəri Məsud Bəzrzani bugünlərdə növbəti iddia ilə şıxış edib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, o, 100 il öncə, yəni, ötən əsrin əvvəllərində dünya güclərinin kürdlərə müstəqil dövlət yaratmağa imkan verəcəklərini, müstəqilliyin o zaman reallığa yaxın olduğunu, ancaq sonradan bu məsələnin arxa plana keçirildiyini iddia edib.

“Yüz il öncə bizə müstəqil dövlət yaratmağa imkan yaradacaqlarını bildirmiş və bunun reallaşması üçün söz vermişdilər.Çünki bizim buna haqqımız vardı. Biz o zamanlar da müstəqil dövlət yaratmağa yaxın idik, ancaq buna imkan vermədilər. İndi də bizə söz verirlər. Ancaq biz bu dəfə çox qətiyyətliyik, öz müstəqil dövlətimizi elan etməkdə qərarlıyıq. Bu baxımdan da, 25 sentyabr referendumundan vaz keçmək niyyətində deyilik və bu referendumu da keçirəcəyik”-deyə, o, sözlərinə əlavə edib.

Bərzaninin bu təhdidvari iddiaları isə Türkiyə siyasətçiləri və millət vəkillərində kəskin etiraz doğurmaqla yanaşı,  kinayə və ishehza doğrub.

Onlar-əksər AKP-li və CXP-lillər, əsasən də MHP-lillər Bərzaninin növbəti iddialarının da cəfəngiyyat, gerçəkilkdən uzaq olduğunu və istehza doğurduğunu bildiriblər.

Bu baxımdan da, türkiyəli siyasçətçilər 25 referendumunun keçirilməsinin qanunsuz olduğunu və  bunun bölgəyə gərginlik gətirməkdən savayı bir şey olmadığını vurğulayıblar.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info