Azərbaycanda virtual avtoservis işə salınır

  • By admin
  • 03 İyul 2017 23:34

reg_avto
Azərbaycanın “Auto Spare US” startapı avtomatlaşdırılmış virtual avtomobil xidmətini işə salır.

Bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Bildirilir ki, bu xidmət vasitəsilə sürücülər avtomobilə göstərilən texniki xidmətin cədvəlini tərtib edə bilərlər.

Mənbənin sözlərinə görə, hazırda istifadəçi servislərinin hazırlanması davam edir və bu xidmətlər hazır olduqca portala inteqrasiya olunacaq:

“İstifadəçilər bu xidmət vasitəsilə ehtiyat hissələr sifariş edə, avtomobillərin satış hərracında iştirak edə, müxtəlif bildirişlərin alınması üçün hesab aça bilərlər. Portalın avtomatlaşdırılmış sistemi istifadəçini şinlərin istismar müddətinin başa çatması, yağın dəyişdirilmə və digər bu kimi hadisələr barədə xəbərdar edəcək”.

Gununsesi.info