
Kişilər arasında 4×200 metr məsafəyə sərbəst üsulla estafet üzgüçülük yarışının mükafatçıları məlum olub.
Gununsesi.info xəbər verir ki, türkiyəli atletlər yarışın qızıl medallarına yiyələniblər. İndoneziya üzgüçüləri ikinci yerin sahibi olublar. İordaniya təmsilçiləri isə bürünc medal qazanıblar.
Beş komandanın qatıldığı yarışda Əlcəzair təmsilçiləri dördüncü, Pakistan üzgüçüləri isə beşinci pillədə qərarlaşıblar.
Gununsesi.info









