Türkiyəni qana bulayan bombaların hazırlandığı yer

  • By admin
  • 14 İyun 2016 11:06

bingol

 

PKK terror təşkilatı Türkiyənin cənubi-şərqində Bingöl vilayəti, Diyarbəkir vilayətinin Lice və Diyarbəkir vilayətinin Kulp mahalı üçbucağında yerləşən Şenyayla bölgəsində “Türkiyə Qəndili”ni yaratmağa hazırlaşır.

Gununsesi.info xəbər verir ki, kəşfiyyatın hesabatlarına görə, Şenyaylada 3 qrup var.

Ölkənin cənub-şərqində təhlükəsizlik güclərinin əməliyyatları zamanı ağır zərbə alan PKK şəhər mərkəzlərində intihar hücumlarını artırıb. Böyük şəhərlərdə partladılan partlayıcıların hazırlandığı yerlərdən biri də Lice, Kulp və Bingöl üçbucağında yerləşən Şenyayla bölgəsidir.

Ərazinin çox hissəsi dağlıq olan Şenyaylada “Şenyayla Gücü”, “Dorşin Gücü” və “Lice Gücü” olmaqla üç qrupu var. Onların hər birində 25-35 nəfər var. Kəşfiyyat hesabatlarına görə, bu qruplarda snayperlər və bomba mütəxəssisləri yer alıblar.

Bəzi məlumatlarda isə PKK-nın bu bölgədə düşərgələrinin olduğu bildirilir. Lakin təhlükəsizlik mənbələri bu xəbərləri təkzib edərək bölgədə hazırda düşərgələrin olmadığını, səyyah qrupların olduğunu deyib. (Publika)