Türkiyənin 88 yaşlı aktrisası çarpayıdan yıxılaraq ölüb

  • Müəllif: admin
  • 22 Mart 2017 17:30

f9fd7a18-5858-4328-ae69-dc04b7829b5b_292-227x300

 

Türkiyənin məşhur aktrisası Nemət Alp 88 yaşında dünaysını dəyişib.

“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, Mezitli rayonunda yerləşən qocalar evində çarpayıdan yıxılaraq ölüb.

Çarpayıdan yıxılması nəticəsində zədə alan N.Alp xəstəxanaya aparılarkən yolda vəfat edib.
Sənətçinin ölmü ilə bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, N.Alp 1950-ci illərdən filmlərə çəkilib. O, “Gecəkondu yosması”, “Yetim yavrular”, “Çalsın sazlar, oynasın kızlar” və s. ekran əsərlərində rol alıb. Aktrisa son illər qocalar evində qalırmış.

Gununsesi.info