Türkiyənin baş naziri xalqa müraciət edib - "BU SEÇİMLƏ BİRLİK VƏ BƏRABƏRLİYİMİZİ DAHA DA İNKİŞAF ETDİRƏCƏYİK"

  • By admin
  • 16 Aprel 2017 23:39

bineli-ildirim

Türkiyə baş naziri Binəli Yıldırım AKP mərkəzi qərargahının qarşısında çıxış edib.

Gununsesi.info-nun axar-a istinadən verdiyi məlumata görə, Yıldırım bu referendum nəticəsində Türkiyənin demokratiya tarixində yeni səhifə açıldığını deyib.

“Yox” deyənlər də, “Hə” deyənlər də birdir, eyni şəkildə dəyərlidir. Hamısını sevgi ilə salamlayıram. Biz birlikdə Türkiyəyik. Bütün fərqliliklərimizlə bütövük. Kimsənin qəlbi qırılmasın, bizim üçün başqası yoxdur. Bu seçimlə birlik və bərabərliyimizi daha da inkişaf etdirəcək, iqtisadiyyatımızı daha da gücləndirəcəyik”, – Yıldırım bildirib.

Gununsesi.info