“Usta Ərdoğan qalibdir…” - DEPUTAT YAZIR

  • By admin
  • 16 Aprel 2017 23:36

Turkish President Tayyip Erdogan casts his ballot at a polling station during a referendum in Istanbul, Turkey, April 16, 2017. REUTERS/Murad Sezer

Bundan sonra Türkiyədə yüz hakimiyyət dəyişsin, yüz seçki keçirilsin, yüz ayrı iqtidar olsun, fərq etməz: daha kimsə Türkiyəni incidə bilməyəcək…

Bu, Ərdoğanın dünya üzərində parlaq qələbəsidir.

Risk idi. Türkiyə böyük bir sınaq qarşısında idi. İnsanları referendumun əsl mahiyyətinə inandırmaq çətin idi.

Fəqət, AKP iqtidarı xalqla fərd-fərd, tək-tək işlədi, möcüzə bir təbliğat apardı. Bu da nəticə….

Türkiyə artıq dövlət formatında oturuşdu. Eynən Almaniya, Fransa kimi. Daha zaval yoxdur!

Dünyanın min türlü oyunlarından qurtulmaq üçün vahid mərkəzdən idarəetməyə, vahid gücə, vahid mexanizmə ehtiyac var idi. Həm də çoxdan…

Dünya, şokdadır. Çünki referendumun “hayır”la nəticələnməsi üçün əllərindən gələn hər şeyi etdilər. Fəqət, alınmadı.

Usta Ərdoğan qalibdir.

Təbriklər!!!

Elşən Musayev,

Millət vəkili

Gununsesi.info