Şaqman sürücüləri magistral yolda avtoşluq edir - VİDEO

  • By admin
  • 16 Aprel 2017 23:28

saqman

Sürət həddi saatda 70 kilometr olan yolda saatda 100 kilometr sürətlə 2 şaqman markalı yük avtomobili avtoşluq edir. Sanki yarış meydançasında özlərini hiss edən bu yük avtomobillərinin sürücüləri həm özlərinin, həm də yolda olan digər sürücülərin həyatını təhlükəyə atırlar.

Gununsesi.info-nun verdiyi məlumata görə, görünülər Ələt-Astara yolunda arxada hərəkət edən avtomobildə olan sərnişin tərəfindən qeydə alınıb.

“Xəzər Xəbər”in whatshapp nömrəsinə göndərilən görüntülərdə hər iki yük avtomobilinin sürücüsünün saaatda 100 kilometr sürətlə hərəkət etdiyi aydın görünür. Bununla yanaşı, yük avtomobilindən birinin sürücüsü qəza şəraiti yaradaraq yolda dayanmış digər yük avtomobilinə çırpılmaqdan son anda xilas ola bilir.

Kadrlardan aydın olur ki, qaydani pozan 99 XF 420 və 99 DF 994 dövlət nömrə qeyydiyyat nişanlı yük avtomobillərinin sürücüləridir.

Belə vəziyyətdə yol polisi sürücülərin törətdiyi qayda pozuntusunu radarla qeydə alarsa, onlarıın hər birini 50 manat və 2 cərimə balı gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Gununsesi.info