Türkiyənin mərkəzində də zəlzələ oldu

Türkiyənin mərkəzində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, yeraltı təkanlar yerli saat 10:27-də Aksaray şəhərindən 40 kilometr cənubda və Əmirqazi şəhərindən 18 kilometr şimal-şərqdə baş verib.

Bir qədər əvvəl Türkiyənin Malatya vilayətində də 4,7 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib.

Gununsesi.info