Türkiyənin sabiq futbolçusu Rusiyada məscid tikdirdi – FOTO

  • By admin
  • 09 Oktyabr 2021 21:33

Türkiyə millisinin sabiq futbolçusu Göydəniz Qaradəniz Rusiyanın Kazan şəhərində məscid tikdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə veteran futbolçu özü danışıb.

O bildirib ki, şəhərin Kalinino bölgəsində müsəlmanlar çoxluq təşkil etsə də, məscid yox idi:

“11 il burada yaşadım, uğurlar qazandım. Kalinino bölgəsində müsəlmanlar çoxluq təşkil etsə də, məscid yox idi. Mən də məscid tikdirmək istədim. Pandemiyaya görə açılış təxirə salındı. Prezident Rəcəb Tayyib Ərdoğanın açılışı etməsini istəyərdim. Bu mənim xəyalımdı. Açılışın dəqiq vaxtı isə hələlik bəlli deyil”.

Qeyd edək ki, Göydəniz Qaradəniz 2008-ci ildə Rusiyanın “Rubin Kazan” klubuna transfer olmuşdu.