Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

  • Müəllif: admin
  • 25 Oktyabr 2019 10:39

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycana səfərə gəlib.

Gununsesi.org xəbər verir ki, Prezident Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

 

Gununsesi.org