“Uber” Bakıda ailə hesablarını istifadəyə verir

  • By admin
  • 22 İyun 2016 12:32

taksi

 

İstifadəçilər qohum, dost və tanışlarını öz hesablarına əlavə edə biləcək Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakıda ailə hesablarını istifadəyə verib.

Artıq hər kəs öz “Uber” hesabına ailə üzvlərini və dostlarını əlavə edə biləcək. Bu haqda Gununsesi.info-ya “Uber” beynəlxalq texnologiya şirkətindən məlumat verilib. Sözügedən yenilik ailələrə büdcə xərclərinin hesablanmasını daha asan edəcək. Belə ki, hesaba əlavə olunan ailə üzvləri və ya dostların gediş haqqı əsas hesabın kartından çıxılacaq. Gedişin sonunda həm kart sahibi, həm də “Uber”in ailə hesabından istifadə edən ailə üzvü qət olunan marşrutu, gediş haqqı və sürücü barədə ətraflı məlumatı alacaqlar. Bundan başqa, yeni ailə hesabları “Uber”də gedişi bir qədər də təhlükəsiz edəcək. Hər dəfə ailə üzvləri “Uber”dən sifariş və ya istifadə etdiyi kimi kart sahibi gediş barədə bütün məlumatı dərhal telefonuna alacaq, Bununla yanaşı, o, həmçinin dost və ya yaxınlarının “Uber”lə marşrut üzrə hərəkətini öz telefonu vasitəsilə daim izləyə bilər. Ailə hesabını yaratmaq üçün lazımi addımlar: – tətbiqin “Ayarlama” bölməsində müvafiq seçimi aktiv etmək (“Ailə hesabını əlavə etmək” bölməsini seçmək); – ailə üzvlərini və ya dostları dəvət etmək (“Ailə üzvünü əlavə etmək” bölməsi): telefonun əlaqə nömrələri siyahısından müvafiq insanı seçmək; – ailə üzvləri ailə hesabına əlavə olunmağa dair dəvət alacaqlar ki, sözügedən dəvət qəbul olunmalıdır; – ailə hesabının sazlanması zamanı gediş haqqını ödəyəcək kartı seçmək mümkündür.

Gediş haqqı avtomatik olaraq nağdsız ödəmiş vasitəsilə həyata keçiriləcək: vəsait əsas hesaba bağlanan kartdan çıxılacaq. Ailə hesabı quraşdırılan zaman istifadəçinin kartından 7 AZN çıxılacaq ki, bu da kartın mövcudluğunu yoxlamaq üçün tələb olunur. Hesab qeydə alındıqdan dərhal sonra həmin ödənilən məbləğ yenidən karta oturulacaq. Ailə hesabına 10 nəfərədək insanı əlavə etmək mümkündür. Ailə hesabları həmçinin ölkə xaricində də gedişlər üçün əlçatan olacaq: əsas hesabın sahibi yaxınlarının Azərbaycandan kənarda marşrut üzrə hərəkəti barədə məlumatı alacaq.

Qeyd edək ki, “Uber” şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb. Hazırda Bakı sakinləri və ölkə paytaxtının qonaqlarına “uberX” kütləvi seqment üçün xidmət mövcuddur. Xatırladaq ki, “Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir.

Gulnaz Qənbərli