“Uber” sürət həvəskarlarına pulsuz unudulmaz anlar yaşadıb

  • By admin
  • 04 İyul 2016 17:53

uber

 

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti iki superkar vasitəsilə Bakının sürət həvəskarlarına tam pulsuz olaraq unudulmaz anlar yaşadıb.

Şirkətdən Gununsesi.info-ya verilən məlumata görə, iyulun 2-də saat 12:00-dan 18:00-dək “Uber” şirkəti “Audi R8” və ya “Maserati Coupe” sportkarlarını şəxsi sürücü ilə şəhərin sakinlərinin və qonaqlarının qapısına göndərib. Bununla da istifadəçilər sözügedən unikal idman avtomobillərinin birində şəhəri gəzərək öz təəssüratlarını bölüşmək imkanını əldə ediblər.

Qeyd edək ki, “Uber” şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb. Hazırda Bakı sakinləri və ölkə paytaxtının qonaqlarına “uberX” kütləvi seqment üçün xidmət mövcuddur.

 

Gülnaz Qənbərli