“Uber” taksi müştərinin başına oyun açıb - 10 KM-LİK MƏSAFƏYƏ 24 MİN MANAT ALDI (FOTO)

  • By admin
  • 13 Dekabr 2017 16:16

Çoxsaylı onlayn taksi xidmətlərindən olan “Uber” Kanadada müştərinin başına oyun açıb.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, şirkət müştərini ünvandan 21 dəqiqəlik məsafədə yerləşən başqa bir ünvana (8-10 kilometrlik məsafə) aparmaq üçün ondan 18 min 518 dollar (24 min 328 AZN) ödəniş edib.

Toronto şəhərində baş verən hadisəni müştəri sosial şəbəkələ vasitəsilə ictimailəşdirib. Şirkət daha sonra bu hadisəyə görə müştəridən üzr istəyib və onun ödənişini geri qaytarıb.

Xatırladaq ki, bu “Uber” şirkəti haqqında yayılan ilk qalmaqal deyil. Daha əvvəllər də belə hadisələr baş verib.

Gununsesi.info