Ucar rayonunda su qıtlığına qarşı maarifləndirilmə tədbirləri davam edir - FOTOLAR

  • By admin
  • 10 Mart 2023 21:25

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Ucar rayon Gənclər və İdman İdarəsinin və “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyinin təşkilatı dəstəyi ilə “Ucar gəncləri arasında 6-cı Dayanıqlı İnkişaf Məqsədinin təbliği” layihəsinin 1-ci təlimi baş tutub.

Layihə çərçivəsində eko klub üzvləri ilə ilk görüş keçirilmişdir. Tədbirdə layihə rəhbəri Həmzə Məmmədov, Uşaq və yeniyetmələrə dəstək İB-nin sədri Fərhad Abdulov, Gələcək gənclər İB-nin sədri Kazım Məmmədov və klub üzvləri iştirak etmişdir. Layihə rəhbəri tərəfindən layihə haqqında məlumat verilmiş, klub üzvləri tərəfindən təkliflər səsləndirilmişdir. Tədbirin 2-ci hissəsində təlimçi tərəfindən məlumatlandırılan üzvlər qrup işləri hazırlamış və təqdim etmişdirlər

Məlumat üçün qeyd edək ki, layihənin məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 6-cı məqsədi olan “Təmiz Su və Sanitariya”nın icrasında Ucar rayonunun gənclərinin rolunu artırmaqdır. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” qrant müsabiqəsinin qalib layihələri sırasındadır.

   
Gununsesi.info