Ucarda minik avtomobili yanıb

  • By admin
  • 26 Mart 2017 21:16

fhn yangin masin

 

Ucarda “VAZ” markalı minik avtomobili yanıb.

APA-nın  xəbərinə görə, hadisə bu gün axsam saatlarında rayonun Qarabörk kəndində baş verib.

1976-cı il təvəllüdlü Kamaləddin Şəmsəddin oğlu Yusifova məxsus ” VAZ-2106″ markalı maşın qəflətən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı avtomobilin mühərrik və ban hissəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində minik avtomobilinin qalan hissəsi və yaxınlıqdaki tikililər mühafizə olunub. Fakt araşdırılır.

 

Gununsesi.info