Rusiyada iki yük qatarı toqquşub, ölən və yaralananlar var

  • By admin
  • 26 Mart 2017 21:00

rus-tecili-yardim

 

Rusiyanın Başqırdıstan Respublikasında iki yük qatarı toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Uçalı şəhərində qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər ölüb, 1-i xəsarət alıb.

Hadisə yerində qəza-bərpa işləri aparılır. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Ölənlərin kimliyi barədə hələ ki, məlumat verilmir. Qəzanın səbəbləri araşdırılır.

 

Gununsesi.info