UEFA prezidentindən avrokubokların taleyi ilə bağlı açıqlama

  • By admin
  • 21 May 2020 11:53

UEFA prezidenti Aleksandr Çeferin koronavirus səbəbindən təxirə salınan avrokubokların taleyi ilə bağlı açıqlama verib.

Gununsesi.org xəbər verir ki, o, “Record” açıqlamasında Çempionlar Liqası və Avropa Liqasını avqust ayının sonuna kimi tamamlamaq istədiklərini deyib:

“Planımız avqustun sonuna kimi turnirləri bitirməkdir. Buna gerçəkləşdirəcəyimizi düşünürəm. Nələr olacağını bilmək olmaz, amma koronavirusla bağlı vəziyyət sakitləşir.

Avropadakı liqaların 80 faizinin yenidən başlayacaq. Çempionlar Liqası və Avropa Liqasının niyə oynanılmamasını başa düşmürəm”.

 

 

Gununsesi.org