“Avro-2016”nın 1/4 final mərhələsinin daha bir oyunu yekunlaşıb. Gununsesi.info xəbər verir ki, bu dəfə Uels – Belçika milli komandaları üz-üzə gəlib. Oyunda hesabı 13-cü dəqiqədə Belçikanın oyunçusu Raca Nainqolan açıb. Amma oyunun 31-ci dәqiqәsində Uliyams hesabı bərabərləşdirib. 55-ci dәqiqәdə Uels oyunçusu Robson-Kanu komandasının 2-ci qolunu vurub. Oyunda son noqtəni isə 86-cı dәqiqәdədə Vokes qoyub. Onun qolu ilə Uels Belçikaya 3:1 hesabı ilə qalib gəlib. Bununla da “Avro-2016″nın daha bir surpriz nəticəsi qeydə alınıb.
Qeyd edək ki, yarımfinalda Uels Portuqaliya millisi ilə qarşılaşacaq.
Gununsesi.info