UFC Las Veqas turnirindəki iki döyüşü ləğv edib

  • By admin
  • 06 Sentyabr 2020 11:45

Qarışıq döyüş növləri üzrə UFC çempionatı döyüşçülərdə koronavirus aşkar edildiyi üçün Las Veqas turnirindəki iki döyüşü ləğv edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

Beləliklə, Tiyaqo Moyzes (Braziliya) – Jalin Tyorner (ABŞ) və Aleksandr Romanov (Moldova) – Markus Rojerio (Braziliya) döyüşləri ləğv edilib.

Əsas döyüşdə Alister Overim (Niderland) Auqusto Sakayi (Braziliya) ilə qarşılaşacaq.

 

 

Gununsesi.info