Ukrayna açıqladı: Türkiyə ilə birgə Qara dənizdə…

  • By admin
  • 07 Oktyabr 2021 19:40

Ukrayna Qara dəniz bölgəsində Türkiyə ilə ikitərəfli səviyyədə təhlükəsizlik mövzusunda tərəfdaşlığı gücləndirmək üçün əlavə addımlar atmağa hazırdır.

Gununsesi.info xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, Ukrayna Avropa İttifaqı və NATO-ya üzv olmasa da, kiçik ittifaqlar yaratmaq siyasətinə başlayıb.

“Ukrayna Prezidentinin strateji bir təşəbbüsü var ki, NATO ölkələri, üstəgəl Ukrayna, Türkiyə və hətta, Moldova Qara dəniz bölgəsi mövzusunda səylərini birləşdirə bilər. Bu təşəbbüs hazırda NATO da daxil olmaqla müxtəlif paytaxtlarda müzakirə olunur”, – deyə Kuleba əlavə edib.

O bildirib ki, ikitərəfli görüşdə hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlığı müzakirə ediblər. Türkiyəli nazir Ukraynanın “Antonov” təyyarə zavodunun imkanları ilə maraqlanıb.

Görüşdə Kuleba və Çavuşoğlu, xüsusilə qaz tədarükü kontekstində enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər. Tərəflər, həmçinin Ukrayna və Türkiyə Xarici İşlər nazirlikləri arasında 2022-2023-cü illər üçün məsləhətləşmələr planını imzalayıblar. Sənəd qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə təcrübə mübadiləsini nəzərdə tutur.

Gununsesi.info