Ukrayna Azərbaycanı təbrik edib

  • By admin
  • 18 Oktyabr 2020 11:23

Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, təbrik mətni səfirliyin feysbuk səhifəsində dərc olunub.

“Oktyabrın 18-i dünya Azərbaycanlıları Dövlət Müstəqilliyi Gününü qeyd edirlər. 29 il öncə bu gün Azərbaycan Respublikasının SSRİ-dən dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edilmiş və Azərbaycanın dövlət, siyasi və iqtisadi quruluşunun əsası qoyulmuşdur. Bu bayram münasibətilə Azərbaycanı təbrik edirik və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, harmoniya və çiçəklənmə arzu edirik!”, – qeyd olunub.

 

 

Gununsesi.info