Ukrayna Dövlət Sərhəd Xidmətinin Rəisi belaruslu həmkarına təhqirdən ibarət məktub yazdı - FOTO

  • By admin
  • 26 Fevral 2022 20:16

Ukrayna Dövlət Sərhəd Xidmətinin Rəisi General-mayor Serqey Deyneko Belarus Respublikasının Dövlər Sərhəd Xidmətinin Rəisi General- leytenant Lappoya məktub yazıb. İroniyalı məktubda hətta təhqir elementləri belə əks olunub.

 

Gununsesi.info həmin məktubu təqdim edir:

“Belarus Respublikasının Dövlər Sərhəd Xidmətinin Rəisi General-leytenant Lappoya,

Yaxşı qonşuluq əlaqələrimizə baxmayaraq 24-26 fevral 2022 tarixində Belarus Respublikasının köməkliyi ilə Rusiya Federasiyası tərəfindən tanklar, balistik raketler, ağır artilleriyalar, hərbi aviasiya və digər silahlarlardan istifadə edilərək Ukraynanı işğal etmək təşəbbüsünə başlanıb.

Ukrayna-Belarus sərhədində yerləşən rus qoşunları Belarus Respublikasının köməkliyi ilə Ukrayna ərazisində yerləşən yaşayış məntəqələrini ağır artilleriya və balistik raketlərlə atəşə tutaraq dinc Ukrayna əhalisini, suverenliyini və torpaq bütünlüyünü məhv edib ölkəni açıq şəkildə işğal etmək istəyir.

Belarus Respublikası Rusiya Federasiyası ilə birgə beynəlxalq hüququ, insani dəyərləri və dinc əhalinin həyatını yoxa sayaraq Ukraynaya qarşı müharibə aparır.

Biz qalib gələcəyik!

Hamınız cəzalandırılacaqsınız alçaqlar!

Nifrətlə!

 

Ukrayna Dövlət Sərhəd Xidmətinin Rəisi 

General-mayor

Serqey Deyneko”

 

Gununsesi.info