Ukrayna millisi dünya çempionu oldu

  • By admin
  • 15 İyun 2019 23:06

20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib.

Gununsesi.org xəbər verir ki, finalda Cənubi Koreya millisini 3:1 hesabıyla məğlub edən Ukrayna yığması turnirin qalibi olub.

Ukraynalılar çempion olmaqla yanaşı, həm də dünya çempionatını məğlubiyyətsiz başa vurmaqla yadda qalıblar.

Qeyd edək ki, turnirin üçüncüsü İtaliyanı 1:0 hesabı ilə məğlub edən Ekvador millisi olub.