Ukrayna Mixail Saakaşvili ilə bağlı Gürcüstana nota göndərdi

  • By admin
  • 11 Noyabr 2021 12:48

Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) Mixail Saakaşvilinin Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülməsi ilə bağlı Gürcüstann xarici siyasət idarəsinə rəsmi nota göndərib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sənəddə bildirilib ki, Ukrayna tərəfi bu barədə məlumatlandırılmayıb.

Eyni zamanda Ukrayna tərəfi Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini mülki xəstəxanaya yerləşdirməyə çağırıb.

“Biz Gürcüstan tərəfini təcili olaraq Mixail Saakaşvilini lazımi tibbi və təcili yardım göstərmək üçün bütün lazımi vasitələrə malik olan mülki tibb müəssisəsinə köçürməyə çağırırıq.

Bu gün Gürcüstan Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyindən rəsmi nota göndərilib.

Ukrayna vətəndaşı Mixail Saakaşvilinin penitensiar müəssisədə daha da qalması əlavə risklər və gərginlik yaradır. Humanitar yanaşma ilə bunun qarşısını almaq olar.

Xarici İşlər Nazirliyi və Ukraynanın Gürcüstandakı səfirliyi Ukrayna vətəndaşı Mixail Saakaşvili ətrafında vəziyyətin monitorinqini davam etdirir”, – məlumatda deyilir.