Ukrayna müflisləşmə təhlükəsi ilə üz-üzədir

  • By admin
  • 06 İyul 2020 10:21

Ukrayna yenidən müflis olmaq təhlükəsi ilə üzləşib.

Gununsesi.org bildirir ki, bu barədə Almaniyanın “Handelsblatt” nəşri yazıb.

Nəşr qeyd edib ki, Ukrayna hakimiyyəti xarici ölkələrə bir neçə milyard dollarlıq kreditin qaytarılması məsələsini həll etməlidir.

“Ukrayna yalnız bu il qaytarılma müddəti başa çatmaq üzrə olan 17 milyard dollar həcmində krediti yenidən maliyyələşdirməlidir”, – deyə nəşr qeyd edib.

Gununsesi.org