Mahir Emreli “Beşiktaş”a təklif olundu

  • By admin
  • 06 İyul 2020 10:17

Millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin adı növbəti dəfə “Beşiktaş”la hallanmağa başlayıb.

Gununsesi.org xəbər verir ki, “Beşiktaş”ın prezidenti Ahmet Nur Çəbi Pərviz Musayev və Elçin Cəfərovun aparıcısı olduğu “Türkiyədən futbol” verilişində səsləndirdiyi fikirdən sonra Mahir bu kluba təklif olunub.

Məlumatı yayan “Fotospor” onun kim tərəfindən təklif edildiyini yazmayıb.

Belə ki, “Beşiktaş”ın rəhbəri açıqlamasında Azərbaycanda oynayan peşəkar futbolçuların onlara göstərilməsini, ancaq maaşlarının azərbaycanlı iş adamları tərəfindən ödənilməsini istəmişdi.

Qeyd edək ki, daha əvvəllər də Türkiyə mətbuatında “Beşiktaş”ın Mahir Emrelini transfer etmək istədiyinə dair qeyri-dəqiq informasiyalar yayılıb.

Gununsesi.org