Ukrayna taxılını daşıyan ilk gəmi yola düşdü

  • By admin
  • 01 Avqust 2022 10:19

Ukraynanın Odessa limanından ilk gəmi yola düşüb.

Gununsesi.info xəbər verir ki, məlumatı “CNN Türk” yayıb. Bildirilib ki, Syerra-Leone bayrağı altında üzən “Razoni” adlı qarğıdalı ilə yüklənmiş gəmi Livana gedəcək.

Qeyd edək ki, Rusiya Qara dənizdə Ukraynaya məxsus limanları mühasirədə saxlayır. Bu səbəbdən Ukraynanın taxılla dolu gəmiləri ünvanına yetişmir. Rusiyanın davranışı səbəbindən Afrikanın bir sıra dövlətlərinə taxıl çatışmazlığı yaranıb. Bu da dünyada ərzaq məhsullarının qiymətinin bahalaşmasına təsir göstərən amillərdən sayılır.

Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstalbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarında təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, taxıl daşınacaq. Ukrayna taxılı ilə yanaşı Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan mane aradan qaldırılacaq.

Gununsesi.info