Qaz çatışmamazlığından Ukraynanın bütün məktəbəqədər müəssisələrində, məkətblərdə və ali təhsil ocaqlarında dərslər dayandırılması barədə tapşırıq verilib.
Gunununsesi.info “ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bunu Ukraynanın enegetika və kömür sənayesi naziri İqor Nasalik bəyan edib.
Onun sözlərinə görə, ölkənin qazla təminatında ciddi problem yarandığından müəyyən məhdulaşıdırıcı tədbirlər görülməsi zərurəti yaranıb.
Nazir deyib ki, yaranmış durumla bağlı böhran qərargahı yaradılıb və qərargah vəziyyətdən çıxış yolalrı istiqamətində fəaliyyət göstərir. “Bu tədbirlərə əsasən qazla işləyən sahələrin mazutla işləməsi istiqamətində işlərə başlanıb.
Bundan əlavə olaraq martın 6-dək bütün məktəbəqədər müəssisələrdə, məktəblərdə və ali təhsil ocaqlarında təhsilin tamamilə dayandırılması barədə göstəriş vermişik”- deyə, nazir bildirib.
Gununsesi.info











