Ukraynada məcburi əsgərlik ləğv olunur

  • By admin
  • 17 Oktyabr 2016 15:40

mecburi

Ukraynada məcburi hərbi xidmət ləğv olunur.

Gununsesi.info “YeniAsya” qəzetinə istinadən xəbər verir ki, Ukraynanın Xarkov vilayətində yerləşən hərbi hissələrdən birinə baş çəkən Ukrayna prezidenti Petro Poroşenko əsgərlər qarşısında çıxış edərək bildirib ki, oktyabr ayından etibarən Ukrayna ordusu tamamilə müqavilə və könüllü əsgərlərdən təşkil olunacaq:

“Bir çox siyasilər, 15 il ərzində bizə vəd veriblər ki, ordu müqavilə və könüllü əsgərlərdən təşkil olunacaq. Hazırda oktyabr ayının sonuna qədər səfərbərliyi sona çatdırılması ilə bağlı təlimatı verdim. Oktyabr ayından etibarən müqaviləli, könüllü orduya geçiləcək” – deyə, P. Poroşenko sözlərinə əlavə edib.

Qeyd edək ki, hazırda Ukrayna ordusunda müqavilə əsasında xidmət edən hərbiçilərin sayı 56 mindir.

Anar
Gununsesi.info