Ukraynada nəhəng bomba belə zərərsizləşdirildi FOTO/VİDEO

  • By admin
  • 10 Mart 2022 09:12

Ukrayna Dövlət Fövqəladə Xidməti xilasedicilərin hava bombasından detonatoru necə çıxardığını göstərib .

Gununsesi.info xəbər verir ki, bununla bağlı video xidmətin sosial şəbəkələrdəki səhifələrində yayımlanıb.

“Martın 9-da Dövlət Fövqəladə Hallar Xidmətinin Pirotexniki İşlər və Sualtı Ərazilərin Minalardan Təmizlənməsi Qrupunun ekipajları Çerniqov şəhərinin sakinlərindən minatəmizləmə ilə bağlı daxil olmuş 22 müraciətin icrası istiqamətində iş aparıblar”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, martın 9-da Rusiya aviasiyasının Mariupol şəhərinə hava hücumu zamanı  şəhərin mərkəzindəki doğum evi, xəstəxananın uşaq və terapiya şöbəsi dağıdılıb

Zərbə nəticəsində 17 nəfər xəsarət alıb.

Gununsesi.info