Ukraynada öldürülən rus hərbçilərin sayı 23 minə ÇATIR

  • By admin
  • 28 Aprel 2022 11:52

Rusiya ordusunun Ukraynada öldürülən hərbçilərinin sayı 22 min 800 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Məlumatda qeyd olunub ki, müharibə başlayandan indiyədək Rusiya ordusunun 970 tankı, 2389 zirehli döyüş maşını, 431 artilleriya sistemi, 151 reaktiv yaylım atəşi sistemi, 72 havadan müdafiə sistemi, 187 hərbi təyyarəsi, 155 helikopteri, 1688 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 215 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 31 xüsusi avadanlığı məhv edilib.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Gununsesi.info