Ukraynada son sutkada minlərlə şəxs təxliyə olundu

  • By admin
  • 26 Mart 2022 14:15

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk son sutka ərzində iki humanitar dəhlizin fəaliyyət göstərdiyini və bu dəhlizlər vasitəsilə 7331 ukraynalının təhlükəsiz zonalara təxliyə edildiyini bildirib.

Gununsesi.info bunu xarici KİV-lərə istinadən xəbər verir.

Vereşçuk açıqlamasında son 24 saatda Rusiya ordusu ilə müharibənin davam etdiyini, Mariupol və Melitopol şəhərlərində 2 humanitar dəhlizin fəaliyyət göstərdiyini və bu çərçivədə Mariupoldan 6 min 800, Melitopoldan isə 531 mülki vətəndaşın Zaporojyaya təxliyə edildiyini vurğulayıb.

Humanitar yardım karvanları ilə bağlı işlərin davam etdiyini qeyd edən Vereşçuk, bu çərçivədə Mariupol əhalisinə kömək məqsədilə Berdyansk və Melitopol şəhərlərinə 80 ton ərzaq, dərman və əlavə vəsaitlərin çatdırıldığını bildirib.

Vereşçuk həmçinin şənbə günü müharibənin davam etdiyi şəhərlərdə ukraynalıların təxliyə cəhdlərinin davam edəcəyini bildirərək, bu çərçivədə Mariupol, Kiyev və Luqansk bölgələrində mülki şəxslərin təxliyəsi üçün danışıqlar aparacaqlarını bildirib.

Gununsesi.info