Ukraynada yaşayan soydaşımızın əmlakı raketlə vuruldu - VİDEO

  • By admin
  • 02 Fevral 2023 19:10

Ötən gecə Donetsk vilayətinin Kramatorsk şəhəri güclü raket atəşinə məruz qalıb.

Gununsesi.info Baku TV-ə istinadən xəbər verir ki, raket zərbəsi şəhərdə ciddi dağıntılara səbəb olub. Dağıntılar zamanı üç nəfərin öldüyü, 20-dən çox şəxsin yaralandığı bildirilir.

Kramatorskda yaşayan həmvətənlərimizə də ziyan dəyib. Belə ki, həmyerlilərimizdən birinin işlətdiyi mağaza raket zərbəsi zamanı dağılıb.

Gununsesi.info