Ukraynada yüzlərlə uşaq öldürülüb

  • By admin
  • 27 Mart 2022 14:34

Ukraynada hərbi əməliyyatlar nəticəsində 139 uşaq ölüb, 205-dən artıq uşaq isə xəsarət alıb.

Gununsesi.info-nun xarici mediaya istinadən xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, Kiyev vilayətində 65 uşaq, Xarkov vilayətində – 45, Donetsk vilayətində – 53, Çerniqov vilayətində – 38, Nikolayev vilayətində – 29, Luqansk vilayətində – 25, Zaporojye vilayətində – 19, Xerson vilayətində – 21, paytaxtda – 16, Jitomir vilayətində – 15 və Sumı vilayətində – 14 uşaq ölüb və ya xəsarət alıb.

Gununsesi.info