Ukraynanın valyuta ehtiyatları 35,7 faiz artıb

  • By admin
  • 06 Avqust 2016 21:15

maliyye_hesabat

 

Son bir ildə Ukraynanın beynəlxalq valyuta ehtiyatları 35,7% artaraq 14 mlrd. ABŞ dollarına çatıb.Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Mərkəzi Bankı məlumat yayıb.

“Valyuta ehtiyatları 4 aydır ki, artmaqdadır. İyul ayında bu artım cəmi 94 mln. dollar olsa da, son 12 ayda 35,7%-lik artım var” – deyə, qurumdan qeyd edilib.

Mərkəzi Bank həmçinin bəyan edib ki, ehtiyatların artması xarici borcların qaytarılması fonunda baş verir. Belə ki, iyulda bu məqsədlə 329,7 mln. dollar xərclənib. Bunun 232,8 mln. dolları dövlət qiymətli kağızlarına üzrə borca xidmət edilməsinə sərf olunub.

 

 

Gununsesi.info