Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir

  • Müəllif: Firuzə
  • 08 Sentyabr 2026 11:27

Avqust ayının son günündə bir sutka ərzində 5 aylıq norma həcmində yağıntı düşüb və 100 illik meteoroloji müşahidələr tarixində ilk dəfə belə göstərici qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransının ikinci günündə təşkil edilən panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın iqlim dəyişmələrinə dair həssaslıq indeksinin qiymətləndirilməsinə əsasən, son 10 il ərzində ekstremal hava-iqlim hadisələrinin sayı xeyli artıb:

“Bu göstəricilər sektoral inkişaf planlarında iqlim məsələlərinin inteqrasiyasını zəruri edib. Hər kəs üçün əlçatan olan erkən xəbərdarlıq sistemi sadəcə informasiya vasitəsi deyil. Təcrübə göstərir ki, vaxtında verilən xəbərdarlıq insan tələfatının qarşısını alan və infrastruktur zərərini əhəmiyyətli dərəcədə azaldan mühüm amildir”.

Gununsesi.info