Ümumi daxili məhsul 4 faiz azalıb

  • By admin
  • 17 Oktyabr 2016 13:05

 

bohran1471412252

2016-cı ilin doqquz ayında ölkə rezidentləri tərəfindən 43436,3 milyon manat ümumi daxili məhsul istehsal (ÜDM) edilib.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əhalinin hər nəfərinə düşən ÜDM  4512,5 manat olub.

ÜDM-in 65,7 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 34,3 faizi isə neft-qaz sektorunda istehsal edilmişdir.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,4 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1,8 faiz, sənayedə 1,0 faiz artıb.

Tikintidə 32 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,2 faiz, iqtisadiyyatın digər sahələrində isə 2,5 faiz azalıb.

Tikinti sektorunda istehsalın azalması cari ilin yanvar-sentyabrında ümumi daxili məhsulun əvvəlki ilin eyni dövrünə nisbətən 3,9 faiz azalmasına təsir edən əsas amil olub.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info