“Konyaspor” – “Braqa” oyunu azərbaycanlı hakimə idarə edəcək

  • By admin
  • 17 Oktyabr 2016 13:10

elyar

UEFA Avropa Liqasının H qrupunda oktyabrın 20-də Konya Büyükşehir Belediyesi Stadionunda keçiriləcək “Konyaspor” (Türkiyə) – “Braqa” (Portuqaliya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.

Anar
Gununsesi.info