UNEC-in Prezident təqaüdü alan tələbələrinin sayı artıb

  • By admin
  • 15 Sentyabr 2016 14:24

teqaud

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülən tələbələr sırasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) altı tələbəsinin adı var.

Bu haqda Gununsesi.info-ya UNEC-dən məlumat verilib. Belə ki, aşagıdakı tələbələr. Məmmədov Şahbaba Şahbala oğlu (700 bal), . Cəbiyeva Nərgiz Arzuman qızı (692 bal),  İsmayılova Aygül Elşən qızı (692 bal), Qəhrəmanova Aidə Əziz qızı (690 bal),  Seyidova Nərminə Adil qızı (688 bal),  İsayev Turan Fəyyaz oğlu (686 bal) Prezident təqaüdünə layiq görülüblər.

Prezident təqaüdünə layiq görülən UNEC tələbələri Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alırlar. Onlardan beşi “Maliyyə”, biri isə “Biznesin idarəedilməsi” ixtisaslarına qəbul olan tələbələrdir.

Ötən tədris ilində UNEC-in yalnız bir tələbəsi – Jalə Rəhimova (Maliyyə və mühasibat fakültəsi, 680 bal) Prezident təqaüdünə layiq görülüb. 2014/15-ci tədris ilində də UNEC-in bir tələbəsi Emil Alıyev (Beynəlxalq İqtisadiyyat Məktəbi, 680 bal) Prezident təqaüdü alıb.

Qeyd edək ki, 2016/17-ci tədris ilində UNEC-ə qəbul olan tələblərərdən 291-i 600-dən yüksək bal toplayıb. Ötən il 600-dən yuxarı bal toplayan tələbələrin sayı 103, 2014/15-ci tədris ilində 93, 2013/14-cü tədris ilində isə 49 olub.

Gülnaz Qənbərli

Gununsesi.info