Təhsil Nazirliyi ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair yəni təklifləri hökumətə təqdim edib.
Gununsesi.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, ali təhsil müəssisələrində tələbələrin sayı getdikcə artacaq.
M.Cabbarovun sözlərinə görə, Təhsil Nazirliyinə ali təhsil müəssisələri tərəfindən edilən müraciətlər əsasında bu il hökumətə ali təhsil sistemində hazırlıq ilinin tədbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair yeni qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər təqdim olunub.
Nazir əlavə edib ki, hazırda hökumət həmin təklifə baxır: “Bu dəyişiklik qəbul olunduğu təqdirdə Azərbaycanda da ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr öz tədrisinə dərhal başlaya biləcəklər. Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meyilli olan və ali təhsil almaq istəyən tələbələr bir sıra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə yiyələnə biləcəklər”.
Gununsesi.info