Mən oxuyarkən insanların tamamilə duyğularına xitab edirəm. Bizim anlatdığımız şeylər birbaşa hisslərlə bağlıdır. Çox zaman şərqilər hüzünlü olur, amma o hüznü bəzən yaşamanız da sağlıqlı bir şeydir. O hüznü gözəl, keyfiyyətli şəkildə qarşınızdakılara dinədə, yaşada bilirsinzsə, bu mütləq şəkildə insanlar xoş gələcək…
Dünyanın tanınmış türk opera müğənnisi Oya Ergün Gununsesi.info-ya musiqinin sağlamlığa faydalı təsirlərindən danışıb.
– Oya xanım, siz oxuyarkən nələr hiss edirsiniz?
– Mən oxuyarkən ifa etdiyim mahnını yaşamağa başlayıram. Əgər ifa etdiyim mahnını nə qədər çox gərçəkdən yaşayırımsa, o qədər də gözəl aktyorluq edirəm. Yəni, zatən, mahnı oxumaq birninə nələrsə, söyləməkdir. Mən də onu mahni ifa edərkən bunları söyləməyə çalışıram.
– Tibb sahəsində yeni müalicəvi vasitə kimi musiqidən istifadə edilməsini necə dəyərləndirirsiniz? Musiqiylə müalicə nəyə qadirdir?
– Musiqi insan ruhuna çox xoş gələn bir şeydir. Musiqi insan ruhuinun qidasıdır. Bu əsrlərdən bəri bilinən bir şeydir. İnsanı daim həyəcanlandıran bir şeydir. Bu doğurdan da elm adamlarının çox ciddi araşdırdığı bir şeydir. Pozitiv bilim insanları hüceyrələrə müsiqinin necə təsir etməsiylə bağlı əsasən çox çeşitli araşdırmalar aparıblar. Hətta qum dənəciklərinin belə musiqinin təsiri altında çox müxtəlif şəkil aldığını görüblər. Yəni, qulaq musqini, klassik, həzin və ya digər yöntəmlərə görə fərqli qəbul edir. Dolayısı ilə musiqinin insanı çox ciddi təsir etdiyi bir həqiqətdir. Səhər oyandığınızda pozitiv, nəşəli bir musiqi dinləməyə təbii ki, içinizdə ehtiyac duyarsınız. Axşamlar isə çox güclü musiqilər dinləmək istəməzsiniz.İnsan ruhuna birbaşa təsir göstərən bir şeydir musiqi… O üzdən, musiqinin ruhsal xəstəliklərin müalicəsində və əməliyyatlarda istifadə edilməsi təqdirəlayiq bir şeydir. Xəstənin yaxşılaşdırılması sırasında da musiqi dinləyərkən sağalmanın sürətləndiyi elmi cəhətdən öz təsdiqini tapib.
– Oxuduğunuz zaman insanların səhhətinə təsir etmənin sehri nədir?
– Əslində, baxarsınız, mən oxuyarkən insanların tamamilə duyğularına xitab edirəm. Bizim anlatdığımız şeylər birbaşa hisslərlə bağlıdır. Çox zaman şərqilər hüzünlü olur, amma o hüznü bəzən yaşamanız da sağlıqlı bir şeydir. O hüznü gözəl, keyfiyyətli şəkildə qarşınızdakılara dinədə, yaşada bilirsinzsə, bu mütləq şəkildə insanlar xoş gələcək. İnsanlar konsertlərdən istədikləri musiqiləri dinlədikdə çox gözəl hisslərlə ayrılarlar. Lakin özünü pis hiss etdiyi konsertlərdə eyni hissləri yaşamazlar.
– “İlahi səsi” insan ruhuna necə təsir edir?
– Gözəl səs, təbii ki, Allah vergisidir. Amma gözəl səsin də çox zaman eyitimə, cilalnmasına ehtiyacı vardır. Yəni, hər gözəl səs yaxşı səs olmaya bilər. Bəzən çox şanlı insanlar olur ki, anadangəlmə gözəl səsə malik olurlar. Bu səsə təhsil vermədən belə xariqə bir şey verə bilir. Ancaq belə səslər çox nadir hallarda yaranır. Biz səsin üzərinə mütləq şəkildə gözəl təhsil, ürəyəyatımlı nəfəs, doğru texnika qoymaq məcburiyyətindəyik. Çünki texnika səsi idarəetmədə mühüm rol oynatır. Dolayısı ilə gözəl səsi yaxşı istifadə etdiyiniz zaman insanın qəlbinə birbaşa ox kimi saplanan, hər bir duyğunu gərçək anlamda hərəkətə keçirən anlamda anlanılır. O üzdən də gözəl səs Allahın Lütfüdür.
– Bir çox xəstələrin şəfa tapmasında ‘‘İlahi səsin’’ müalicəsinin möcüzəsi nədir?
– Xəstənin “İlahi səs”ə göstərdiyi münasibətdədir həmin möcüzə. Xəstəni ruhuna yaxın musiqilər dinlədərsənsə, bu ən ağır anından ona çıxmağa yardımçı olar.
– İnsan sağlamlığı üçün ‘‘İlahi səs’’ nələrə qadirdir?
– İnsan sağlamlığı üçün “İlahi səs” ilahi möcülər yaratmağa qadirdir. Amma bunu da hər insan hiss edə bilməz. Bunun üçün musiqi duyumu güclü olmalıdır.
– Öz sağlamlığınıza ‘ʼİlahi səsin’’ təsirini hiss edirsinizmi?
– Əlbəttə, hiss edirəm. Həm də çox hiss edirəm. Mən kllasik musiqi dinləyən biriyəm. Səsini sərt və yanlış istifadə edən, anatomiyasına uymayan şəkildə forse edən səslərə təhəmmül edə bilmirəm. Onların əvəzinə mənim öz boğazım ağrayır. Hər zaman işində ustalaşan, çox gözəl səsli, gözəl ifalı insanların ifasını dinləməyə üstünlük verirəm. Çünki onlar mənə xoş gəlir.
– Klassik musiqi ilə insanların müalicə edilməsini necə dəyərləndirirsiniz?
– Türkiyədə əski Osmanlıda ağıll xəstəxanalarında xəstələri su səsiylə müalicə edərdilər. O zamankı türk sənət musiqisi, yəni saray musiqisinin insanlara xoş gəldiyini düşünürmüşlər. Ancaq mən doğulduğumdan klassik musiqi dinləyirəm. Atam kaman ustasıydı. Divar boyunca Motsart, Bethoven, Şubert kimi bəstəkarların əsərləri yazılan vallar asılardı. Çox məşhur bir bariton deyib ki, musiqi insanın içinə ilk girən və ən son çıxan şeydir. Dolayısı ilə musiqidəki mühafizəkarlıqıarı xoş görməmiz gərəkdir. Bu, məncə, çox təsiredici bir şeydir. Hər insanı öz sevdiyi musiqi ilə müalicə etmək doğrudur. Ancaq öz sevdiyi bəzən yaxşı və keyfiyyətli musiqi olmaya da bilər. Ona görə də bu musiqiləri cilalamaq lazımdır. Mən klassik Qərb musiqisinin həqiqətən ali musiqi olduğuna inanıram. Zatən, barokko musiqisuylə böyümüşəm. O musiqini heç dinləməmiş insana belə heç yaxından təmasda olmasa belə, uzaqdan gələn səs olsa belə ona xoş gələcək. Amma bunun üçün sizin musiqiyə açıq olmanız vacibdir. Yəni elə insanlar var ki, musiqi dinləməyi sevməzlər. Belə insanlar hər şeyi bir səs olaraq qəbul edirlər. Çünki bu insanlarda musiqi duyumu yoxdur. O insanlara bir neçə səsi ayrı-ayrı birləşdirib harmoniya yaradıb sonra dinlədiblər. Bu səslər də Qərbdəki major-minor səsləri olub. Əgər musiqin insan sağlamlığına xeyir verməsini istəyirsinizsə, o zaman keyfiyyətli musiqidən istifadə edilməlidir. Keyfiyyətli musiqi dinləmə insanın ailəsindən, təhsilindən çevrəsindəki insanların mədəni durumundan da asılıdır. Odur ki, müalicə məqsəddiylə musiqi seçilərkən mütləq bunları nəzərə almaq şərtdir.
– Musiqi terapiyasını kimlərə məsləhət görərdiniz?
– Türkiyədə musiqi terapiyası ilə məşğul olan məsləkdaşlarım var. Əgər insanlar doğurdan musiqini sevirlərsə, musiqi duyumuna sahibdirlərsə, ruhsal olaraq özlərində əhvallarında, dəyişikliklər hiss edirlərsə, bu zaman musiqi terapiyasının daha çox faydasını görəcəklər.
– Görkəmli Azərbaycan cərrahı Topçubaşov xəstələrini müalicə edərkən həkimlik bacarığı ilə yanaşı, musiqi sehrinin vəhdətindən istifadə edib. Bu vəhdətin sirrini aça bilərsinizmi?
– Əməliyyatlarında musiqidən istifadə edən bir çox uzman həkimlər var. Bu əməliyyat zamanı həm həkimin özü üçün, həm də xəstəsi üçün çox faydalı ola bilər. Amma burada da hansı musiqinin seçilməsi çox önəmlidir. Ürək əməliyyatına girən biri üçün Bethovenin 5-ci simfoniyasını dinlədə bilməzsiniz. Ona görə də musiq seçərkən həssas olmaq gərəkdir. Xəstə və əməliyyatı həyata keçirəcək heyət üçün sadə musiqi xoş gələ bilir. Lakin elə doktorlar da var ki, əməliyyatı tam səssiz keçirməyi sevərlər. Yəni onları qınamasam da, musiqi terapiyanı uğurlu həyata keçirənləri daha çox alqışlayıram.
– Yorğunluqdan şikayətlənənlərə hansı templi musiqilər təklif edərdiniz?
– Yorğunluq yaranma səbəbinə görə dəyişə bilər. Ruhsal üzüntüdənmi, bir yaxınını itirbsə, şəkəri düşübsə, yaxud uğursuzluğa uğrayıbsa, yəni ruh halının nədənini bilməsi lazımdır. Ancaq əhval-ruhiyyənizi yüksəltmək istəyirsinizsə, əsasən major tonda orta və yüksək templərdə musiqi dinlənilməsi xoş gələcəkdir. Ağır bir ruhsal yorğunluğunuz varsa, bəzən çox uzun çizgili həzin musiqi dinləməkdə fayda var. Musiqi terapiyasında subyektiv zövqün istəkləri nəzərə alınmalıdır. Çünki hər kəsin özünəuyğun musiqi seçmə zövqü var. Deyək ki, Motsart birinə çox xoş gələ bilər, ancaq başqasını qıcıqlandırar.
– Təbabətin musiqi ilə müalicə metodundan hansılar daha effektlidir?
– Düşünürəm ki, klassik musiqi ilə işləyənlər daha çox fayda verir. Yəni klaasik musiqi metodlarından itifadə edənləri xoş görürəm. Məşhur lor həkimi Alfred Tomas II Dünya Müharibəsi zamanı eşitməyən pilotların qulağına eşitmə cihazın kəşf edib quraşdırıb. Musiqinin insana təsiriylə bağlı cox böyük araşdırmalar aparıb. Hansı metoddan istifadə edilirsə, edilsin, amma mütləq ciddi araşdırmalara dayanılsın. Musiqi terapiyasını mütləq terapiya bilgisinə malik şəxslərin uyğulaması gərəkdir. Eyni zamanda, dissiplinlər arasında əlaqə yaratmaq da vacibdir.
– Siz özünüz bu məqsədlə hansı musiqidən istifadə edirsiniz?
– Mənə çox sehirli gələn Motsartın sol-major skripla üçün konsertidir. Onu dinləyərkən, mütləq özümü yaxşı hiss edirəm. Musiqi bilgim çox genişdir, çünki konservatoriyada musiqi tarixindən dərs verirəm. Doğuşdan musiqi dinləyicisiyəm. Musiqiçi ailəsində dünyaya gəldiyimdən hər gün musiqinin içindəydim. Musiqi dinləmənin ayrıxca bir sənət oldduğuna inanıram… Faydalandığım musiqilər o qədər çoxdur ki, onu saymaqla bitirə bilmərəm. Məsələn, Bethovenin simfoniyasından bir bölüm, özəl səslərdən bir qismini dinləyirəm. Ancaq yalnız onların içindən birini seçəcək olsam, bu Motsartın skripka üçün konserti olar.
– Dünya təcrübəsinə görə Motsartın musiqiləri uşaqlar üçün əvəzsiz müalicədir. Bəs Azərbaycanda hansı musiqini bu məqsədlə tövsiyyə edərdiniz?
– Əslinə baxsanız, Azərbaycan musiqisi çox zəngindir. Hər konsertimə mütləq azəri musiqiləri daxil edirəm. Hələ Konservatoriyadana məzun olduğumda “Ayrılıq” mahnısını seçmişdim. Qara Qarayevin musiqilərinə bayılıram. Bakı Metristansiyalarında səsləndirlən musiqilərin hər birindən, Firəngiz Əlizadənin əsərlərinin hamısından musiqi terapiyada istifadə oluna bilər. Cavanşir Quliyevin, Qara Qarayevin, Tofiq Quliyevin o qədər gözəl bəstələri var ki…
– Musiqisevərlər nəyə üstünlük verirlər?
– Əslidə qulaq çox da qorunmayan bir orqandır. Taksidə gedərkən, ya marketə girərkən, dinlədilən musiqi özü qulağımıza gələcək. Yəni gözümüzü bağlaya bilərik, ancaq qulağımızı tıxamaq mümkün deyil. Görmək istəmədiyimizi görməyə bilərik, amma qulaq qorunmasız orqan olduğundan eşitməmək, duymamaq mümkün deyil. Dolayısı ilə insanlar musiqini seçirlər. Lakin seçim zamanı keyfiyyətə üstünlük vermək lazımdır. Xoşagəlməz musiqi dinləyən ailənin uşağı da mütləq bu cür musiqilər dinləməkdə davam edəcək. Amma gözəl musiqi dinləyən, musiqi zovqu formalaşan insanlarda bu daim inkişaf edəcək. Keyfiyyətsiz musiqi insanin içinə pis daxil olan zövq korlamaqdan başqa bir şey deyil. Yəni hər musiqi sənət anlamına daxil ola bilmir. Hər musuqiyə sənət deyə bilmərik. Musiqi sənətdir, amma hər “nanaynay”-da sənət olmur. Musiqinin sənət olanlarını dəyərləndirmək lazımdır.
– Sizin üçün “Saglamlıq Formulu” nədir?
– Sağlamlıq ruhla bədənin bütün ola bilməsi anlamına gəlir. Sağlıqla olma da cəmiyyətin də rolu az deyil. Biz bədən və ruh olaraq sağlıqlı ola bilərik, amma sosial münasibətlərimiz pisdirsə, bu sağlığımıza mütləq ziyan vuracaqdır. İnsan təkbaşına deyil, sosial bir varlıqdır. Necə ki, yediklərimizə, yuxumuza diqqət edirik, eyni şəkildə ətrafımızdakı insanları seçərkən də, bu şəkildə həssas olmamımız gərəkir.
Gülnaz Qənbərli
Gununsesi.info