
Gününsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-dakı Braun Universiteti Qlobal Kardiometabolik Sağlamlıq Mərkəzi ürək xəstələri üzərində təcrübə aparıb. Təcrübələrə görə, gündə bir parça tünd şokolad yemək ürək xəstəliklərinin qarşısını alır, diabetdən əziyyət çəkənlərin qanındakı şəkərin miqdarını və insulin ehtiyatını nizamlağa kömək etdiyi ortaya çıxıb.
Araşdırmalar nəticəsində, gündə 200-600 milliqram arası qəbul edilən südsüz şokoladın xolestrolu artırdığı da məlum olub. Təcrübələr Braun Universiteti Qlobal Kardiometabolik Sağlamlıq Mərkəzininin rəhbəri professor Simin Lui və tələbəsi Xiaoçen Lin tərəfindən 1139 ürək xəstəsi üzərində aparılıb.
Nigar Cəfərli











