Gununsesi.info axar.az-a istinadən bildirir ki, bağçadan verilən məlumata görə, uşaqları döyən müəllim də işdən azad edilib.
“Həmin görüntülərdə müəllimə uşağı döymür, sadəcə, silkələyir, divara tərəf atır. Bağçanın fəaliyyəti bu gündən etibarən dayandırılıb”, – bağçadan bildirilib.
Qeyd edək ki, bu gün Azxəbər.com saytı “Kids Studio” bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayıb.













