Ramil Usubov Bakı polisində kütləvi YERDƏYİŞMƏ ETDİ

  • By admin
  • 06 Mart 2018 17:42
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Gununsesi.info “report”a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenant Çingiz Osmanov tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Onun yerinə Sabunçu PPİ-nin baş müstəntiqi vəzifəsində çalışan polis mayoru Hikmət Vəliyev təyin edilib.
Nərimanov RPİ-nin müstəntiqi, polis kapitani Abdulsəməd Cəfərov vəzifəsindən azad olunaraq Səbail RPİ-nin baş əməliyyat müvəkkili təyin olunub.
Gununsesi.info